Sosial

Son sutkada 11 nəfər koronavirusa yoluxub

28 aprel / 17:40 1 dəq
3f199be5 4b65 3072 ba3c 7017ab52d5bb
28 aprel / 17:40
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 728 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 108 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 088, bu günə qədər isə ümumilikdə 6 808 651 test icra olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər