Kateqoriyasız

SON DƏQİQƏ! Avropa Məhkəməsi QALMAQALLI Cahangir Hacıyevlə bağlı QƏRAR ÇIXARDI

11 fevral / 10:40 2 dəq
Jahangir zamira hajiyevs
11 fevral / 10:40
Burada sizin reklamınız ola bilər

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin şikayəti üzrə qərar çıxarıb. Bu barədə Avropa Məhkəməsinin rəsmi saytı məlumat yayıb.

Strasburq Məhkəməsinin hökmünə əsasən, Azərbaycan məhkəmələri istintaq zamanı Hacıyevin həbsdə saxlanmasının zəruriliyini əsaslandıra bilməyiblər.

 

avrupa insan hakları mahkemesi

Avropa İnsan Hüquqları Məhkəməsi Hacıyevin Avropa Konvensiyasının 5-ci (azadlıq hüququnun pozulması) və 3-cü (qanunsuz həbs) maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasını tanıyıb.

Strasburq məhkəməsi Cahangir Hacıyevə 3500 avro məbləğində təzminat ödənilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq bankın keçmiş rəhbəri külli miqdarda ziyan vurmaqla dələduzluq, mənimsəmə və israfçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda təqsirli bilinib. (virtualaz.org)

2018-ci il dekabrın sonlarında Baş Prokurorluq Hacıyevə qarşı böyük məbləğdə pulun mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması, vergi ödənişindən yayınma və s. maddələrlə yeni iş üzrə ittihamlar irəli sürüldüyünü bildirib. 2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin həbs cəzasına 1,5 il azadlıqdan məhrumetmə cəzası əlavə edib.

2020-ci ilin fevralında isə Bakı Apellyasiya Məhkəməsi qanunvericilikdə CM-in 179.3 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan cəzanın yüngülləşdirilməsi ilə əlaqədar Hacıyevin həbs müddətini 3 ay azaldıb.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər