Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Azərbaycanın bəyanatı BMT tribunasında səsləndirildi

11 sentyabr / 10:00 3 dəq
Bmt insan hquqlar uras
11 sentyabr / 10:00
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə nümayəndəliyin “X” sosial sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Bəyanatda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma fəaliyyətləri həyata keçirdiyi vurğulanıb.

“Böyük Qayıdış üzrə Dövlət Proqramı çərçivəsində aparılan təşəbbüslərə sosial xidmətlər şəbəkəsinin yaradılması, infrastrukturun inkişafı, mənzil şəraiti və məşğulluq imkanlarının təmin edilməsi, həmçinin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün keyfiyyətli səhiyyə və təhsil xidmətlərinin göstərilməsi daxildir. Bu səylərin nəticəsində artıq 50 mindən çox keçmiş məcburi köçkün ata-baba torpaqlarına qayıtmışdır”, – bəyanatda bildirilib.

Son zamanlar Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində əhəmiyyətli irəliləyişlərin də əldə olunduğuna diqqət çəkilən bəyanatda 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və ABŞ Prezidenti şahid qismində iştirak etməklə, ikitərəfli münasibətlərin normallaşdırılması və regionda dayanıqlı sülhün yaradılmasına yol açan Birgə Bəyannamənin imzalandığı xüsusilə qeyd olunub.

“Birgə Bəyannamənin mühüm müddəalarından biri iki ölkə arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması öhdəliyidir. Bu təkcə regiona deyil, daha geniş coğrafiyaya da fayda gətirəcəkdir. Bundan əlavə, Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsini paraflamışdır ki, bu da mehriban qonşuluq münasibətlərinin qurulması üçün parametrləri müəyyən edir. Biz üzv dövlətləri bu səyləri dəstəkləməyə çağırırıq”, – bəyanatda vurğulanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı