Şolts Zelenskinin Ukrayna üzərində Rusiya raketlərini vurmaq çağırışını rədd edib
Almaniya kansleri Olaf Şolts Volodimir Zelenskinin Ukrayna üzərində Rusiya raket və pilotsuz təyyarələrini vurmaq çağırışını rədd edib.
Qerbxeber.com xəbər verir ki, Şolts bunu Avropa Siyasi Birliyinin Londonda keçirilən sammitindən sonra deyib.
Alman siyasətçi bildirib ki, Qərbdə əldə olunan konsensusda belə addımlar nəzərdə tutulmayıb.




