Dünya

Sırski: Ukrayna ordusu Kursk vilayətində irəliləyib

17 avqust / 09:18 1 dəq
9629434e c789 3b7c a61f 95abeae8e410
17 avqust / 09:18
Burada sizin reklamınız ola bilər

Ukrayna Silahlı Qüvvələri bu gün Rusiya Federasiyasının Kursk vilayətində daha 1-3 kilometr irəliləyib.

Qerbxeber.com RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski prezident Vladimir Zelenskiyə məlumat yayıb.

Onun sözlərinə görə, döyüşlər davam edir.

“Biz bəzi istiqamətlərdə 1-3 kilometr məsafədə irəliləyirik, həmçinin bütün cəbhə xətti boyunca döyüşlər davam edir, ümumilikdə vəziyyət nəzarət altındadır”, – Sirski bildirib.

O, həmçinin qeyd edib ki, general-mayor Eduard Moskalev artıq Kursk vilayətinin komendantı vəzifəsinin icrasına başlayıb.

“İndi Malaya Loknya bölgəsində döyüşlər gedir, ümid edirəm ki, orada çoxlu əsir götürüləcək”, – Sirski əlavə edib.

Qeyd edək ki, artıq 11 gündür Rusiyanın Kursk vilayətində döyüşlər gedir.

Paylaş
Burada sizin reklamınız ola bilər