Kateqoriyasız

“Sınıq Körpü”də növbə: Səhər saatlarına qədər… – Səbəb

24 dekabr / 09:56 1 dəq
IMG 20191224 WA0001
24 dekabr / 09:56
Burada sizin reklamınız ola bilər

“Sınıq Körpü” sərhəd keçid məntəqəsində gecə saatlarından başlayan növbə təxminən səhər saat 7-yə qədər davam edib. 

“Bölgənin Səsi” müxbirinin özünün də üzləşdiyi bu problemə Gürcüstandan kütləvi şəkildə maşın alınıb tranzit nömrəylə Azərbaycana keçirilməsi səbəb olub. Öz maşını ilə gedib-gələnlər sadə insanlar da növbə gözləmək məcburiyyətində qalıblar.

“Bölgənin Səsi” müxbirinin verdiyi xəbərə görə, dünən saat 12:00-a kimi dörd yüz əlli maşın eyni yolla Azərbaycana keçirilib. Bu da onunla əlaqədardır ki, yeni ildən 2013-cü ilədək istehsal olunan maşınların ölkə ərazisinə buraxılmayacağı, maşınların qiymətlərinin qalxacağı gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər