Dünya

Şimali Koreya Rusiyaya əlavə 3000 əsgər göndərib

27 mart / 13:32 1 dəq
67e5174449a5567e5174449a56174306694867e5174449a5367e5174449a54
27 mart / 13:32
Burada sizin reklamınız ola bilər

Şimali Koreya (KXDR) yanvar-fevral aylarında Rusiyaya əlavə 3000 əsgər göndərib.

Qerbxeber.comAssociated Press“ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birgə Qərargah Rəisləri (JCS) bildirib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Rusiyaya raket və artilleriya sistemlərinin tədarükünü artırdığını və müharibənin gedişatına əsasən, silah təchizatını daha da artıra biləcəyini qeyd edib.

Bildirilib ki, Pxenyan ilkin olaraq Moskvaya təxminən 11 min əsgər göndərib və bunlardan 4 mini ölüb və ya yaralanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər