Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Şimali Kipr Prezidenti Qarabağda antiterror tədbirlərini dəstəkləyib: “Azərbaycanın yanındayıq”

20 sentyabr / 12:57 2 dəq
FgMgPnH1 400x400
20 sentyabr / 12:57
Burada sizin reklamınız ola bilər

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası və sırf hərbi ünsürlərin hədəf alınması məqsədi ilə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirlərini dəstəkləyib.

“Qərb Xəbər” bildirir ki, bu barədə Şimali Kiprin Prezident Administrasiyası məlumat yayıb.

E.Tatar İrəvanı 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli bəyanatın müddəalarına əməl etməyə çağırıb:

“2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirməsi regional sülh və sabitliyə ciddi təhlükə yaradır.

Dost və qardaş ölkə Azərbaycanın Üçtərəfli bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrini tərksilah edilməsi və ölkə ərazisindən çıxarılması, ermənilərin hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycanın işğaldan azad olunan ərazilərinə geri qayıdan mülki əhalinin təhlükəsizliyinin təmin olunması, Qarabağda Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə başlatdığı antiterror tədbirlərini dəstəkləyirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında dediyi kimi, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!”

E.Tatar Şimali Kipr türk xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu vurğulayıb:

“Azərbaycan Prezidenti İlham Əliyevin timsalında Azərbaycandakı bütün qardaşlarımızın haqlı mübarizəsini dəstəkləyir və regionda sülh, təhlükəsizlik, firavanlıq və daimi sabitliyin bərqərar olması üçün Ermənistanı 2020-ci il 10 noyabr Üçtərəfli bəyanatının müddəalarına əməl etməyə çağırıram”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı