İqtisadiyyat

Sığorta bazarı kiçilməyə başlayıb

10 iyun / 11:24 1 dəq
1a0f08a1 9e22 4d12 8aa4 f64aae32e982
10 iyun / 11:24
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 265,297 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% azdır.

Xatırladaq ki, yanvar-mart aylarının yekununda sığorta bazarında 4,2% artım qeydə alınmışdı.

4 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 66,651 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 15,1% azdır.

2019-cu ilin yanvar-aprel aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 25,1 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 26 manat olub.

Paylaş
Burada sizin reklamınız ola bilər