“Seçkiləri saxtalaşdırmaq üçün etnik azlıqdan istifadə etmək utancverici və əxlaqsızlıqdır”.
Qerbxeber.com 24News.ge-yə istinadən xəbər verir ki, bu sözləri prezident Salome Zurabişvili Marneulinin 69-cu seçki məntəqəsində baş verən insidentə, xüsusən də sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirərkən deyib. O bildirib ki, təcili şəkildə baş verənlərlə bağlı araşdırma aparılıb, müvafiq qərar verilməlidir. Qeyd edək ki, Sosial şəbəkələrdə Marneuli bələdiyyəsində yerləşən 69 saylı seçki məntəqəsində bir nəfərin seçki qutusuna bir neçə bülleten atdığı qeyd olunduğu video görüntülər yayılıb.
*****
Gürcüstan Daxili İşlər Nazirliyi Marneulidə seçki bülletenlərinin kütləvi şəkildə qutuya atılması ehtimalı ilə bağlı araşdırmalara başlayıb.
Nazirlikdən mediaya verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin seçkilərin saxtalaşdırılmasını nəzərdə tutan 164-cü maddəsinin üçüncü hissəsi ilə aparılır. Məlumatda qeyd olunub ki, sözügedən maddə 2 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə qayda pozuntusu yaradan şəxsin Marneuli Bələdiyyə sədrinin müavini Rövşən İskəndərovun olduğu məlum olub.