Dünya

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

5 iyul / 08:32 1 dəq
6686e8e6e2eb36686e8e6e2eb417201174786686e8e6e2eb16686e8e6e2eb2
5 iyul / 08:32
Burada sizin reklamınız ola bilər

Macarıstanın Avropa İttifaqı adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur.

Qerbxeber.com xəbər verir ki, bunu Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel “X” hesabında yazıb.

“Avropa İttifaqının ardıcıl sədrliyinin Aİ adından Rusiya ilə qarşılıqlı əlaqəyə malik olmaq mandatı yoxdur”, – Mişel vurğulayıb.

Mişel onu da əlavə edib ki, Ukrayna olmadan Ukrayna ilə bağlı hər hansı müzakirə aparıla bilməz.

Qeyd edək ki, Macarıstan hazırda Aİ Şurasına sədrlik edir.

Bir neçə gün öncə Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib. Hazırda isə mətbuatda Orbanın Moskvaya səfər edəcəyi barədə də məlumatlar yayılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər