Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola plenar iclasın açılışı zamanı deyib.
O, Avropa Parlamentinin adından Gürcüstan xalqına həmrəylik ifadə edib və bildirib ki, Gürcüstan müxalifətinə, dinc etirazçılara və mətbuata qarşı repressiyaları qətiyyətlə pisləyirlər.
“Avropa Parlamenti, artıq iki həftədir Tbilisidə və ölkənin bütün küçələrində Avropa gələcəyi uğrunda dinc şəkildə etiraz edən, Avropa İttifaqının bayrağını dalğalandıran Gürcüstan xalqına həmrəylik ifadə edir. Bu zaman onlara su şırnağı ilə hücum edilir. Gürcüstan xalqına: Biz sizi görürük, eşidirik və sizin yanınızdayıq. Bu parlament, Gürcüstan müxalifətinə qarşı repressiyaları və dinc nümayişçilərə qarşı güc tətbiqini qətiyyətlə pisləyir. Bu hərəkətlər Gürcüstanın Avropa yoluna ziddir. Bizim çağırışımız məsul şəxslərə qarşı sanksiyaların tətbiqi daxil olmaqla qətiyyətli tədbirlərin görülməsidir və biz 27 üzv dövləti bu tədbirlər barədə razılığa gəlməyə çağırırıq.
Biz Avropa Parlamentinə Prezident Salome Zurabişvilini dəvət etdik. Onunla birgə bu mövzunu müzakirə edəcək və ən uyğun formatı müəyyən edəcəyik. Gürcüstanın Avropa gələcəyi yolunda onun yanında dayanırıq və bizim qapımız hər zaman açıqdır” , – deyə Roberta Metsola bildirib.