Kateqoriyasız

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

10 iyun / 12:04 1 dəq
Birinci sinifler oxu 040119 (1)
10 iyun / 12:04
Burada sizin reklamınız ola bilər

Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyinin məlumatına görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi iyunun 17-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. Həmin tarixdən proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər