Sosial

Şagirdlərin geyim forması ilə bağlı yeni qərar

30 mart / 11:09 1 dəq
Mekteb
30 mart / 11:09
Burada sizin reklamınız ola bilər

Növbəti tədris ilindən şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimdə getmələrinə icazə verilməyəcək.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib.

Bildirilib ki, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa əsasən:

  • dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir;
  • yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə getməsinə yol verilməyəcək.

“Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Beləliklə, məktəblər 1 tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər” – açıqlamada qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər