Sosial

Şagirdlərin elektron yerdəyişməsinə start verilib

16 noyabr / 12:15 1 dəq
C604fcfb 9b83 3312 b435 7951e12c1d8c
16 noyabr / 12:15
Burada sizin reklamınız ola bilər

Noyabrın 16-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb.

Təhsil Nazirliyinin yaydığı məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Paylaş
Burada sizin reklamınız ola bilər