Sosial

Sabah I siniflərə şagird qəbulu başlayır – VİDEO

12 mart / 18:40 1 dəq
8c2de1a3 85b6 4762 86fc f056905ae31d
12 mart / 18:40
Burada sizin reklamınız ola bilər

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək.

Bu barədə report-a Təhsil Nazirliyindən bildirilib.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.

Təhsil Nazirliyi tərəfindən I sinfə qəbulla bağlı videotəlimat hazırlanıb. Videotəlimatı təqdim edirik:

Paylaş
Burada sizin reklamınız ola bilər