Sosial

Sabah 32 dərəcə isti olacaq

14 may / 14:12 2 dəq
411415031
14 may / 14:12
Burada sizin reklamınız ola bilər

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında isə havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər