Bölgə xəbərləri

Sabah əksər rayonlara qar yağacaq

13 yanvar / 22:53 2 dəq
Indir 2024 01 13T225250.189
13 yanvar / 22:53
Burada sizin reklamınız ola bilər

Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək

Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə verilən xəbərə görə, gecə və səhər duman olacaq.

Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var

Paylaş
Burada sizin reklamınız ola bilər