Avqustun 5-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 5-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.