Şəmkir

Şəmkirin icra başçısına yeni müavin təyin olunub

3 iyul / 18:31 1 dəq
8d6ca2d5 80cb 3f31 9f72 9bd76c000216
3 iyul / 18:31
Burada sizin reklamınız ola bilər

Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısına yeni müavin təyin olunub.

“Qərb Xəbər”in əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rəşad Tağıyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Sahibsoy Rüfət Sahib oğlu Şəmkir RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, R.Sahibsoy bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin departament müdiri vəzifəsində çalışıb.

Paylaş
Burada sizin reklamınız ola bilər