Kateqoriyasız

Azərbaycan cüdoçuları qələbə ilə başladı

4 iyul / 15:11 1 dəq
7e7aaa19 e2b1 4d17 8e6a 13b771dbeb1a
4 iyul / 15:11
Burada sizin reklamınız ola bilər

Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Unversiadasına qələbə ilə başlayıblar.

 

90 kq çəkidə çıxış edən Əliömər Tumayev 1/8 finalda çexiyalı Jiri Petrdən güclü olub. O, növbəti raundda rusiyalı Roman Dontsovla qarşılaşacaq.

90 kq-dan yuxarı çəkidə yarışan Rüstəm Kotsoyev isə 1/16 finalda Aleksis de Leonu üstələyib. O, 1/8 finalda rumıniyalı Mirçea Krotioru ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Universiadada 5 cüdoçu ilə təmsil olunur. Hidayət Heydərovla (73 kq)Murad Fətiyev (81 kq) iyulun 5-də çıxış edəcəklər. İbrahim Əliyev (66 kq) isə bir gün sonra bacarığını nümayiş etdirəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı