Bölgə xəbərləri

Şəmkirin bu yolunda hərəkət mümkünsüzdür – Sizdən gələn FOTOLAR

14 may / 12:05 1 dəq
WhatsApp Image 2020 05 14 at 00.47.45 (1)
14 may / 12:05
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndini qonşu – Keçili, Qaranüy, Dəllər-Cəyir, Dəllər-Cırdaxan kəndlərinə birləşdirən yolun bir hissəsi təmirsiz vəziyyətdədir. Bir balaca yağış yağanda həmin yolla hərəkət etmək mümkünsüz olur.

Bu barədə “Qərb Xəbər” saytına kənd icma üzvləri məlumat veriblər.

Onların dediyinöə görə, yağışlı günlərdə yaxın yolu qoyub digər yoldan hərəkət etməli olurlar ki, bu da onların həm vaxtını alır, həm də maddi cəhətdən ziyan vurur.

İcma üzvləri aşağıdakı şəkillərdə görünən yolun əlaqədar qurumlar tərəfindən diqqətdə saxlanılmasını, tez zamanda təmirə bağlanmasını ümid edirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər