Şəmkirdə qadının əri tərəfindən qətlə yetirilməsinin bəzi təfərruatı məlum olub.
“Qərb Xəbər” “APA”ya istinadən bildirir ki, qətlə yetirilən 33 yaşlı Aynurə Orucovanın qaynanası ilə vaxtaşırı mühahisələri olub.
Bunu mərhumun atası Elman Orucov deyib. Onun sözlərinə görə, son vaxtlar qızının ailəsində problemlər yaranıb. Qətl bu söz-söhbətlərdən sonra baş verib. Hadisə mərhumun 3 azyaşlı övladının gözü önündə baş verib.
Qeyd edək ki, hər iki şəxs yaxın qohum olublar.