Bölgə xəbərləri

Şəmkirdəki bıçaqlanma hadisəsi ilə bağlı araşdırmalara başlanılıb

5 sentyabr / 10:45 1 dəq
7f13dde6 4e57 39a7 b1ff 9fd4bcb7f30f
5 sentyabr / 10:45
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda iki qardaş bıçaq xəsarəti alıb.

“Qərb Xəbər” məlumat verir ki, rayon sakinləri, 1984-cü il təvəllüdlü Həsənov Vasif Alik oglu və 1981-ci il təvəllüdlü Həsənov Eldar Alik oglu bıçaq xəsarətləri alıblar. Məlumata görə, onlara Bakı şəhərindən Şəmkirə qonaq gələn şəxs xəsarət yetirib.

Hadisəyə tərəflərin övladları arasında yaranmış mübahisə səbəb olub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər