Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var
Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər” bildirir ki, Şəmkir rayonunda minik avtomobili hərəkətdə olan zaman qarşıda olan traktorun qoşqusuna (xeder) çırpılıb.
Hadisə nəticəsində minik avtomobilində olan 1982-ci il təvəllüdlü L.Əliyeva və 1973-cü il təvəllüdlü F.Ağayeva xəsarət alıb və xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.




