Bölgə xəbərləri

Şəmkirdə uşaq xəstəxanasında daun sindromu olmayanlara saxta əlillik dərəcələri təyin edilib

14 fevral / 11:08 2 dəq
63eb3140176c163eb3140176c21676357952f8ef2c6f2e4c73f3755e15773547e32c
14 fevral / 11:08
Burada sizin reklamınız ola bilər

“Şəmkir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin tabeliyində olan Şəmkir rayon Uşaq Xəstəxanasının vəzifəli şəxsi Arif Hacıyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Qərb Xəbər bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, istintaq zamanı Arif Hacıyevin həmin Xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək daun sindromu olmayan şəxslərə qanunsuz əlillik dərəcələrinin təyin edilməsi üçün rəsmi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Arif Hacıyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilib.

Paylaş
Burada sizin reklamınız ola bilər