Bölgə xəbərləri

Şəmkirdə silsilə oğurluqlar edən tutuldu

12 aprel / 12:58 2 dəq
643656e978319643656e97831a1681282791643656e978315643656e978317
12 aprel / 12:58
Burada sizin reklamınız ola bilər

Şəmkirin Zəyəm qəsəbəsində silsilə oğurluqlar olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəyəm qəsəbəsindəki fərdi yaşayış evlərindən və fermadan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.

Araşdırmalarla rayon sakini Qoşqar Hüseynovun cari ilin müxtəlif vaxtlarında rayon ərazisindəki fermadan 10  baş xırda buynuzlu heyvan, fərdi yaşayış evlərindən elektriklə məişət və inşaat avadanlıqları, naqil, geyim dəsti və digər əşyaları oğurlayaraq satması məlum olub. Bundan başqa saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbiri nəticəsində Q. Hüseynovun yaşadığı
evdən 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 1 ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Paylaş
Burada sizin reklamınız ola bilər