Bölgə xəbərləri

Şəmkirdə ofisdən və mağazalardan oğurluq edilib

9 noyabr / 13:08 1 dəq
B2b86a7e c356 3d6f 896c cebf8221c648
9 noyabr / 13:08
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda 2 mağaza və 1 ofisdən oğurluq edilib, saxlanılan var.

“Qərb Xəbər”in məlumatına görə, müxtəlif vaxtlarda rayon ərazisindəki mağazaların birindən 1 190 manat pul, 5 ədəd mobil telefon, noutbuk və məişət əşyaları, digər mağazadan noutbuk, tütün məmulatı, bir ofisdən isə noutbuk oğurlanıb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakini M.Rəhimov saxlanılıb.

Qeyd edək ki, M.Rəhimov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər