Bölgə xəbərləri

Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb

13 iyun / 12:31 1 dəq
Həps
13 iyun / 12:31
Burada sizin reklamınız ola bilər

Şəmkir Rayon Polis Şöbəsinin polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahmudlu kənd sakini Ülvi Paşayevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Dindirilimə zamanı saxlanılan şəxs həmin bitkilər şəxsi sitifadə üçün əkdiyini etiraf edib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliiyat-axtarış tdbirləri nəticəsində də Könüllü kənd sakini Teyyub Məmmədovun həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər