Bölgə xəbərləri

Şəmkirdə minik avtomobili mikroavtobusa çırpılıb

27 avqust / 11:27 1 dəq
0e1e9849 cdd7 320f 98d3 83afff59b181
27 avqust / 11:27
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunun Könüllü kəndində “Ford” markalı mikroavtobusla minik avtomobili toqquşub.

Report-un məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılardan 1992-ci il təvəllüdlü Vüqar İsmayılov Mirzə oğlu və 1956-cı il təvəllüdlü Piriyeva Xalidə Məcid qızının xəsarəti daha ciddi olub və onlar Gəncə şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.

Digər yaralılar isə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər