Şəmkirdə avtoqəza olub – Ölən və yaralananlar var
Bakı-Qazax yolunun Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Təxminən 22:00 radələrində Əliyaqublu kəndi ərazisində baş verən hadisədə iki Mercedes-Benz markalı avtomobil toqquşub.
Hadisə yerində olan “Bölgənin Səsi” saytının müxbirinə ölən və yaralananların olduğu bildirilib.
Hadisə yerinə təcili-tibbi yardım əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəlib.




