Bölgə xəbərləri

Şəmkirdə avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü cərimələnib

7 noyabr / 14:40 1 dəq
16678117864740130714 1000x669
7 noyabr / 14:40
Burada sizin reklamınız ola bilər

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 29-da saat 8 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində “VAZ-2121” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücü, Gəncə şəhər sakini Fərid Cəfərovun narkotik vasitənin təsiri altında olması müəyyənləşdirildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilərək Şəmkir Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə F.Cəfərov 700 manat məbləğində cərimələnməklə iki il müddətinə sürücülük hüququndan məhrum edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər