Bölgə xəbərləri

Şəmkirdə avtomobil aşdı-Ölən və yaralılar var

9 iyul / 12:08 1 dəq
Qəza mashin
9 iyul / 12:08
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın , hadisə 8 iyul gecə vaxtı rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü A. Atakişizadə idarə etdiyi “KIA” markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər – Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü O.Atakişiyev, 1993-cü il təvəllüdlü C.İbadullayev və 1968-ci il təvəllüdlü İ.Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanaya yerləşdirilən yaralılardan biri, 1968-ci il təvəllüdlü İ.Atakişiyev aldığı xəsarətlərdən 9 iyul tarixində reanimasiya şəbəsində  vəfat edib.

Paylaş
Burada sizin reklamınız ola bilər