Bölgə xəbərləri

Şəmkirdə arvadını öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərilib

10 mart / 11:47 1 dəq
Cinayət
10 mart / 11:47
Burada sizin reklamınız ola bilər

Şəmkirdə arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Könüllü kənd sakini Aynurə Orucovanın ötən il dekabrın 7-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla Mahəddin Atakişiyevin aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mahəddin Atakişiyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş
Burada sizin reklamınız ola bilər