Bölgə xəbərləri

Şəmkirdə ağacəkmə aksiyası keçirilib

14 noyabr / 10:13 1 dəq
B5ee020829ba4f41678f8a0b68571d47
14 noyabr / 10:13
Burada sizin reklamınız ola bilər
Şəmkirdə ağacəkmə aksiyası keçirilib.
“Qərb Xəbər” bildirir ki, Şəmkir Şəhidlər Xiyabanında keçirilən aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilatın əməkdaşları, hüquq-mühafizə oraqnlarının rəhbərləri, könüllülər, ümumilikdə 284 nəfər iştirak edib.
“Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində Şəhidlər Xiyabanının ərazisinə 340 ədəd zeytun, cökə, çinar ağacları əkilib.
Şəmir RİH başçısı bildirib ki, belə layihələrin keçirilməsi yaşıllıq zolaqlarının genişlənməsi üçün böyük töhfədir : “Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq”.
Paylaş
Burada sizin reklamınız ola bilər