Şəmkirdə 74 yaşlı kişi faciəli şəkildə öldü
Şəmkir rayonunda 74 yaşlı kişi faciəli şəkildə ölüb.
Qerbxeber.com -un məlumatına görə, hadisə rayonun Dəllər Cəyir kəndində baş verib.
Şəmkir şəhər sakini, 1951-ci il təvəllüdlü Nəriman Sadıqov sentyabrın 10-da saat 15 radələrində qonaq getdiyi Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində gəzərkən anidən ürək tutması səbəbindən su arxına yıxılaraq ölüb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.




