Hadisə

Şəmkirdə 60 yaşlı kişi bıçaqlanaraq öldürülüb

17 iyul / 09:25 1 dəq
1660290027 880olum
17 iyul / 09:25
Burada sizin reklamınız ola bilər

Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.

Bu barədə “Qərb Xəbər”ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər