Şəmkirdə 39 yaşlı piyadanı avtomobil vurub
Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
“Qərb Xəbər”in əldə etdiyi məlumata görə, hadisə Şəmkir şəhərin 13-cü küçəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Səbuhi Namazov yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.




