Şəmkirdə 38 yaşlı piyadanı maşın vurub
Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
“Qərb Xəbər” məlumat verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1984-ci il təvəllüdlü Əlirzayev Eliyarı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



