Bölgə xəbərləri

Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib

7 dekabr / 16:36 1 dəq
639087afec8bc639087afec8bd1670416303639087afec8ba639087afec8bb
7 dekabr / 16:36
Burada sizin reklamınız ola bilər

Şəmkirdə qətl hadisəsi olub.

Baş Prokurorluğun mətbuat xidmətindən “Qərb Xəbər”ə bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 33 yaşlı Aynurə Orucovanın öldürülməsi barədə ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 39 yaşlı Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər