“Turan Tovuz” klubu qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
“Qərb Xəbər” in “Report”a istinadən verilən məlumata görə, Premyer Liqa təmsilçisi 2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək.
Əcnəbi futbolçular kollektivə həmin gün qonşu ölkədə qoşulacaqlar. Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ bəlli deyil.
Qeyd edək ki, Premyer Liqanın 16 turunda 16 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.