Hadisə

Şəmkirdə 3 nəfər bıçaqlanıb

24 fevral / 09:25 1 dəq
Bıçaqqqqqqqqqq
24 fevral / 09:25
Burada sizin reklamınız ola bilər

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Bu barədə “Qərb Xəbər” ə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

55 yaşlı Natiq Abbasov qarının kəsilmiş-deşilmiş, 51 yaşlı Sevda Abbasova qulağının və ailənin nəvəsi 9 yaşlı Xədicə Abbasova sifət nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər