Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşünü tamamilə mümkün adlandırıb.
Qerbxeber.com TASS-a istinadən verdiyi məlumata görə, Rusiya lideri bunu Belarusun paytaxtı Minskə səfərinin yekunları üzrə jurnalistlərlə söhbətində deyib.
“Beləliklə, ümumilikdə görüş tamamilə mümkündür və biz onu məmnuniyyətlə hazırlayacağıq”, – Putin bildirib.
O, həmçinin qeyd edib ki, Tramp səmimi şəkildə Ukrayna ilə müharibənin həllinə kömək etməyə çalışır.