Ağstafa

Şəhid gizir Seyfəddin Muradov Ağstafada torpağa tapşırılıb

16 sentyabr / 22:29 1 dəq
6d2324f0 f211 3498 986d 2049d3aa0a47
16 sentyabr / 22:29
Burada sizin reklamınız ola bilər
Şəhid gizir Seyfəddin Mahmud oğlu Muradov Ağstafa rayon Böyük Kəsik kənd qəbiristanlığında dəfn olunub.
“Qərb Xəbər”in məlumatına görə, izdiham yaşanan dəfn mərasimində düşmənin genişmiqyaslı təxribatının qarşısının qətiyyətlə alındığı, hərbçilərimizin döyüş meydanında əsl qəhrəmanlıq göstərdiyi və şəhidlərimizin qanının yerdə qalmadığı qeyd olunub.

Şəhidlik zirvəsinə ucalan gizirin şərəfli döyüş

yolundan, Vətənə olan sonsuz məhəbbətindən bəhs olunub. Vətən oğlunun məzarı üstünə gül dəstələri düzülüb, önünə əklillər qoyulub.

Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, Seyfəddin Muradov sentyabrın 12-si və 13-də düşmən təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Paylaş
Burada sizin reklamınız ola bilər