ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcəyini təsdiq edib.
“Qərb Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nensi Pelosi bu barədə məlumatı Berlində G7 ölkələrinin parlament rəhbərlərinin mətbuat konfransında açıqlayıb.
“Səfərimlə bağlı məlumatın artıq ictimaiyyətə açıqlandığını bilmirdim. Sabah Ermənistana səfər edəcəyəm”, – deyə Pelosi qeyd edib.
Xatırladaq ki, dünən “Politico” nəşri Nensi Pelosinin bu həftəsonu Ermənistana səfər edəcəyi barədə məlumat yayıb.