Dünya

Səfirlik: “Avstraliya və Azərbaycanı dostluq münasibətləri birləşdirir”

25 yanvar / 12:31 1 dəq
Australian flag
25 yanvar / 12:31
Burada sizin reklamınız ola bilər

“Avstraliyanın Türkiyə və Azərbaycandakı yeni səfiri etimadnaməsini 2022-ci ilin əvvəlində təqdim edəcək”.

 

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Avstraliyanın Ankaradakı səfirliyindən məlumat verilib.

“Əməkdaşlığa gəlincə, Avstraliya və Azərbaycan 2021-ci ildə ikitərəfli münasibətləri möhkəmləndirməkdə davam ediblər. Avstraliyanın Türkiyə və Azərbaycandakı əvvəlki səfiri 2021-ci ilin may ayında Bakıya səfər edib” – səfirlikdən deyilib.

Bildirilib ki, Azərbaycan və Avstraliyanı dostluq münasibətləri birləşdirir: “Ölkələr qarşılıqlı beynəlxalq təşkilatlar çərçivəsində maraq doğuran məsələlər üzrə əməkdaşlıq edirlər. İki ölkə arasında tikinti, turizm, kənd təsərrüfatı, maliyyə, daşınmaz əmlak, investisiya, İKT, neft-qaz sektoru kimi sahələr üzrə əməkdaşlıq həyata keçirilir. Avstraliyada Azərbaycan-Avstraliya Dostluq Assosiasiyası fəaliyyət göstərir.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər