Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsinin polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahmudlu kənd sakini Ülvi Paşayevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Dindirilimə zamanı saxlanılan şəxs həmin bitkilər şəxsi sitifadə üçün əkdiyini etiraf edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliiyat-axtarış tdbirləri nəticəsində də Könüllü kənd sakini Teyyub Məmmədovun həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı