Bölgə xəbərləri

Şəmkirdə Aqrar İnnovasiya Festivalı keçirilib

30 noyabr / 16:29 2 dəq
46c23b2e e742 350f b1ad dddddf145a5f
30 noyabr / 16:29
Burada sizin reklamınız ola bilər

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şəmkir rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib.

“Qərb Xəbər” bildirir ki, tədbir “Şəmkir Aqropark” MMC-nin ərazisində təşkil olunub.

Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, heyvanlarda mövcud olan bir sıra xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və çox sayda digər kənd təsərrüfatı texnikaları nümayiş olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev, “Şəmkir Aqropark”ın nümayəndəsi Faiq Baxşıyev belə festivalların əhəmiyyəti barədə danışıb, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

Bundan əvvəl Gəncə, Şəki, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala və İmişli rayonlarında da aqrar innovasiya festivalları keçirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər