Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Səfir: “ABŞ-ı Ermənistanda anti-Rusiya ovqatını artırmaqdan çəkinməyə çağırırıq”

26 sentyabr / 10:31 2 dəq
D8a20bb8 50bb 37d3 a653 273fc1e181da
26 sentyabr / 10:31
Burada sizin reklamınız ola bilər

“Biz Vaşinqtonu Ermənistanda anti-Rusiya ovqatının süni şəkildə artmasına səbəb olan son dərəcə təhlükəli söz və hərəkətlərdən çəkinməyə çağırırıq”.

“Qərb Xəbər” “News.am”a istinadən xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Anatoli Antonov ABŞ administrasiyası rəsmilərinin RF-nin Ermənistan üçün etibarsız təhlükəsizlik tərəfdaşı olması ilə bağlı bəyanatlarına münasibət bildirərkən deyib.

O, Vaşinqtonu Ermənistanda anti-Rusiya ovqatının süni şəkildə artmasına səbəb olan eyhamlardan çəkinməyə çağırıb: “ABŞ rəsmilərinin bu kimi şərhləri üzücüdür. Əslində, amerikalılar daxili və xarici siyasətdə öz uğursuzluqlarına görə məsuliyyətdən yayınmağa çalışan bəzi erməni siyasətçilərinin qeyri-konstruktiv ictimai bəyanatlarını təkrarlayırlar”.

Səfir qeyd edib ki, Rusiya Ermənistanın etibarlı müttəfiqi olub və belə də qalır: “Biz bu qardaş xalqa hər zaman lazımi köməklik göstərmişik, o cümlədən Qarabağa sülhməramlılarımızı göndərmişik. Rusiya əsgərlərinin öz mövqelərində həlak olması faktı yalnız Rusiyanın Azərbaycan və Ermənistan xalqları arasında sülhə nail olmaq üçün çətin qərarlar qəbul etməyə hazır olduğunu göstərir”.

Bu hadisələr bir daha sübut edir ki, ABŞ və müttəfiqlərinin məqsədi vəziyyətin normallaşması və Cənubi Qafqazın sülh yolu ilə inkişafı deyil, regiondan çıxarmaq üçün Rusiyaya strateji ziyan vurmaq, Avrasiyada qəsdən sabitliyi pozmaqdır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı