Rusiyanın Sumıyə zərbələri nəticəsində ölənlərin sayı ikisi uşaq olmaqla 32-ə çatıb
Aprelin 13-də səhər saatlarında Rusiyanın Sumı şəhərinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 32 nəfər həlak olub, 99 nəfər yaralanıb. Həlak olanlar arasında iki uşaq da var.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bu hücum, xristianlar üçün müqəddəs sayılan Palm bazar günü baş verib.




